bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır - AÇIQLAMA

9-01-2021, 21:26 80 dəfə baxılıb

Köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır - AÇIQLAMA
Təsəvvür edə bilmirəm ki, Qarabağ köçkünləri içərisində kimlərsə “mən Qarabağa- doğma yurduma qayıtmıram”-desin.

Bizimlider.com xəbər verir ki, bunu tanınmış ictimai xadim İlham İsmayıl məcburi köçkünlərin bəzilərinin öz ata-baba yurduna dönüb-dönməməsi barədə deyilənlərə münasibətində ifadə edib.

İlham İsmayılın sözlərinə görə, ümumiyyətlə, bu məsələ arzu, istək, könüllülük prinsipi ilə müəyyənləşdirilməməlidir:

“Bu gün evlə təmin edilən köçkün Qarabağa qayıtmaqdan imtina edirsə, dövlətin ona verdiyi mənzil geri alınmalıdır. Qarabağ köçkünlərinə “ getmək fikrin var, yoxsa yox” müraciəti olmamalıdır. Bərpa işləri qurtaranda, normal yaşayış şərtləri yarananda hamı qayıtmalıdır, hamı qayıtmağa məcbur edilməlidir. Ümumiyyətlə, bu strateji məsələdir və burda könüllülük prinsipi 1%-dən çox olmamalıdır, çünki sabah Yuxarı Qarabağa heç kim köçməz. Bəhanə də bu olar ki, erməni ilə təhlükəsiz yaşamaq şərtləri tam yaranmayıb.

Belə durum perspektivdə düşmənə çox üstünlüklər verə bilər, hətta status məsələsini xüsusi qabartmış olar. Bu elə məsələdir ki, Azərbaycan dövləti lazım gəlsə bütün sərt inzibati tədbirlər həyata keçirməkdən çəkinməməlidir. Məskunlaşma bitər, gələcəkdə kim harda yaşamaq istəsə ora da köçər. Bu işdə dövlətin strateji hədəfi əsas götürülməlidir”./Gununsesi.info/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930