11 minədək müharibə əlilinə ödəmə təyin olunaraq bank hesablarına köçürülüb
1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BizimLider.com-a bildirilib ki, ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.