bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə üç qardaşın faciəsi: Siçan zəhəri necə buxarlanıb?

11-01-2025, 21:54 0 dəfə baxılıb

 Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda bir ailənin üç uşağı siçan zəhərinin buxarlanması səbəbilə həyatını itirib. 
Bizimlider xəbər verir ki, ilkin məlumatlara əsasən, zəhərin buxarlanaraq havaya yayılması nəticəsində ailə üzvləri nəfəs yolu ilə zəhərlənib. Bu hadisə həşəratlarla mübarizədə istifadə olunan zəhərli maddələrin təhlükələri ilə bağlı məsələləri yenidən gündəmə gətirib.
Siçan zəhəri və ölümə aparan proses
Ailənin səkkiz üzvü mədə bulanması, qusma və ishal şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Evdə siçan zəhərinin olması barədə verilən məlumatdan sonra müvafiq qurumlar araşdırma aparıb. 
İlkin araşdırmalara görə, siçan zəhərinin qapalı mühitdə buxarlanaraq ailə üzvlərini zəhərlədiyi müəyyən olunub. Təəssüf ki, xəstəxanada müalicə alan üç uşaq həyatını itirib.
Siçan zəhərinin buxarlanması nədir?
Akademik ekspertlər hadisəni izah edərkən, siçan zəhərinin buxarlanması hadisəsinin tarımsal məqsədlə istifadə olunan zirai "fümigant" dərmanlarla əlaqəli olduğunu qeyd edir. Bu maddələr müəyyən şərtlərdə qaz formasına keçərək havaya yayılır və ətrafdakı canlılara zərər verir. 
Belə zəhərlər yalnız xüsusi təlim keçmiş şəxslər tərəfindən istifadə edilməli və yalnız depo və silolar kimi yerlərdə tətbiq edilməlidir. Qapalı mühitdə bu zəhərlərin istifadəsi qəti qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031