bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Ginnesin Rekordlar Kitabı"nın qalibləri: Dünyanın ən hündür və ən balaca itləri bir yerdə

Dün, 17:30 0 dəfə baxılıb

 ABŞ-nin Aydaho ştatında qeyri-adi bir hadisə baş verib. Planetin ən hündür və ən balaca itləri olan alman doqu Reci və çixuaxua Perl ilk dəfə üz-üzə gəliblər.

Bizimlider-in məlumatına görə, bu barədə "Guinness World Records" xəbər verib.

Bildirilir ki, görüş "Ginnesin Rekordlar Kitabı"nın 70 illik yubileyi şərəfinə təşkil edilib.

Yeddi yaşlı Reci hazırda dünyanın ən hündür erkək iti tituluna sahibdir. Onun boyu təxminən 1 metr təşkil edir. Digər qəhrəman - dörd yaşlı Perl isə cəmi 9.14 sm hündürlüyü ilə ən balaca it kimi tanınır. Beləliklə, bu iki heyvan arasındakı boy fərqi təxminən 91.5 sm, yəni bir beysbol dəyənəyinin uzunluğu qədərdir.

"Lakin nəhəng ölçü fərqinə baxmayaraq görüş son dərəcə mehriban keçib. Reci kiçik qonağına qarşı olduqca diqqətli və qayğıkeş olub. Onun sahibi əvvəlcədən Recinin digər heyvanlarla yaxşı münasibət qurduğunu bildirib və yanılmayıb. Perlin sahibəsi Vanessa Semler də iri doqdan razı qalıb və onun xarakterini tərifləyib", - deyə məlumatda vurğulanıb.

Gəzintidən və fotosessiyadan sonra hər iki heyvan, yorğunluqdan dərin yuxuya gedib. Sahiblər zarafatla qeyd ediblər ki, bu, adi "it günü" deyil, əsl bayram olub. Onlar razılaşıblar ki, kiçik və böyük itlər arasında ilk baxışda göründüyündən qat-qat çox ortaq cəhətlər var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031