bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Avropanın tanınmış klubları "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyirlər

24-04-2025, 15:00 1 dəfə baxılıb

 "Qarabağ" futbol klubu komandanın çernoqoriyalı yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı rəsmi təkliflər alacaq.

Bizimlider-in verdiyi məlumata görə, bu barədə azerisport.com xəbər yayıb.

Bildirilir ki, Yunanıstanın "Panatinaikos" və Xorvatiyanın "Dinamo" klubları Çernoqoriya millisinin yarımmüdafiəçisinə ciddi şəkildə hədəflənib, bu səbəbdən qarşıdakı yay mövsümündə onun transferi üçün konkret məbləğlərlə "Qarabağ"a müraciət etmək niyyətindədirlər.

Məlumata görə, Yankoviçlə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi olan Ağdam klubu komandanın yarımmüdafiə xəttində əsas rol oynayan 29 yaşlı futbolçudan ayrılmaq istəmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031