bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sankt-Peterburq metrosunda bədbəxt hadisə: Eskalator qəfil işə düşdü, sərnişinlər yıxıldı

Dün, 14:00 0 dəfə baxılıb

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə yaşanıb.

Bizimlider-in xəbərinə görə, bu barədə "112" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, şəhər metrosunun "Vasileostrovskaya" stansiyasında eskalator hərəkət zamanı dayanıb. Gözləmək istəməyən sərnişinlər eskalatorun pilləkənləri ilə piyada şəkildə yuxarıya qalxmağa başlayıblar. Lakin bu zaman eskalator qəfil işə düşüb və sərnişinlər müvazinətlərini itiriblər.

Qadınlardan biri büdrəyərək yıxılıb və telefonu əlindən yerə düşüb. Digər qadın isə yıxılıb və pilləkənlərlə üzüaşağı yuvarlanmağa başlayıb. Qadının vəziyyəti ilə bağlı məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031