bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İran rəsmisi Omandakı Tehran-Vaşinqton danışıqlarında qızıl qələm oğurlayıb

24-04-2025, 17:00 0 dəfə baxılıb

 Ötən həftə Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, Oman Xarici İşlər Nazirliyi qələmin qiymətinin 14300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib.

Qeyd olunub ki, Qəribabadi qızıl qələmi təsadüfən cibinə qoyduğunu və qiymətini bilmədiyini açıqlayıb.

O, qiymətli qələmi səfirlik vasitəsilə qaytaracağına söz verib. Hələlik isə qələmin geri qaytarıldığı və ya "müharibə qəniməti" kimi saxlanıldığı bəlli deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031