bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"WhatsApp"dan istifadəçilərə XƏBƏRDARLIQ: Dərhal yenilənmə edin!

8-04-2025, 16:00 1 dəfə baxılıb

 "WhatsApp" şirkəti populyar mesencerin "Windows" versiyasının bütün istifadəçilərini proqramı dərhal ən son versiyaya yeniləməyə çağırır. Bunun səbəbi dünya üzrə milyonlarla insanın şəxsi məlumatlarının təhlükəsizliyini təhdid edə biləcək kritik boşluğun aşkar edilməsidir.

Bizimlider-in verdiyi məlumata görə, bu barədə "Anti-Malware" portalı xəbər verib.

Bildirilir ki, CVE-2025-30401 kimi qeyd edilən təhlükəsizlik boşluğu, "Windows" üçün "WhatsApp"ın 2.2450.6 versiyası da daxil olmaqla bütün əvvəlki versiyalarına təsir edir.

Əlavələrin emalındakı xətadan istifadə edərək, hakerlər heç nədən şübhələnməyən istifadəçini ilk baxışda zərərsiz görünən zərərli faylı açmağa inandıra bilərlər.

Boşluq mesencerdə əlavələrin düzgün göstərilməməsi səbəbindən yaranıb.

"WhatsApp" faylı MIME tipinə əsasən müəyyənləşdirir (məsələn, şəkil kimi), lakin onu uzantısına görə açır (məsələn, ".exe"). Bu uyğunsuzluq gözlənilən fayl əvəzinə zərərli proqramın işə düşməsinə səbəb ola bilər.

2.2450.6-dan aşağı köhnə "WhatsApp" versiyalarının bütün istifadəçiləri təhlükə altındadırlar.

Məlumatlarınızı qorumağın yeganə etibarlı yolu "WhatsApp"ı dərhal ən son versiyaya yeniləməkdir.

Tərtibatçılar artıq mesencerin yeni versiyalarında aşkar edilmiş problemi aradan qaldırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031