Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Bizimlider xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119.4 milyard manata qədər yüksəlməsi gözlənilir.