bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaz sayğaclarını oğurlayıb çıxarışsız evlərə satanlar ƏLƏ KEÇDİLƏR

7-04-2025, 11:00 0 dəfə baxılıb

 Paytaxtda 53 evin qaz sayğacını oğurlayan şəxslər saxlanılıblar.

Bizimlider xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi qeydə alınıb. Paytaxt sakinləri olan 53 zərərçəkən mənzillərindən qaz sayğaclarının talanması barədə polisə müraciət edib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Abbas Əliyev və Bayram Hüseynov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda adətən gecə saatlarında çıxarışı olan evlərdən qaz sayğaclarını oğurlayaraq çıxarışı olmayan mənzillərin sahiblərinə satıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

A.Əliyev və B.Hüseynovun digər analoji cinayətlərdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031