bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Poçt rabitəsi operatorlarına xəbərdarlıq edilib - Bağlamaların ünvana çatdırılması ilə bağlı

18-02-2025, 13:27 1 dəfə baxılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib.

Bizimlider-in verdiyi xəbərə görə, daxil olan vətəndaş müraciətlərində bildirilir ki, son zamanlar Türkiyə və Çindən istifadəçinin ünvanına çatdırılma həyata keçirən poçt rabitəsi operatorları daşıma şərtlərini pozaraq istifadəçilərdən göndərişlərini poçt obyektindən təhvil almalarını təklif edirlər. Bu təkliflər ya SMS, ya da birbaşa zəng şəklində edilir.

Görüşdə, həmçinin qeyd edilib ki, bir sıra sürətli poçt xidməti göstərən şirkətlərin əməkdaşları çatdırılma zamanı eyniləşdirmə üçün müştərinin şəxsiyyət vəsiqəsindən başqa, digər sənədlər də tələb edirlər. Poçt rabitəsi operatoru yalnız şəxsiyyət vəsiqəsinə vizual baxış keçirməklə bağlamanı təhvil alan şəxslə sifarişçinin eyni şəxs olmasını yoxlaya bilər.

Müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və onlara mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılaraq, nöqsanların qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, daşıma şərtlərinə zidd SMS-lərin göndərilməsi dayandırılmalı, müştəri onlayn alış-veriş zamanı evə çatdırılma seçərək ödəniş etdiyi halda poçt operatorunun evə çatdırılmanı müxtəlif vasitələrlə əngəlləməsi yolverilməzdir və bu, operatorun əlavə qazanc əldə etməsinə şərait yaratmaqla məsuliyyət yaradan hal hesab edilə bilər.

İKTA bəyan edir ki, poçt rabitəsi operatorları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Eyni zamanda, vətəndaşlar sürətli poçt rabitəsi xidmətlərindən istifadə etməzdən əvvəl istifadəçisi olduğu poçt rabitəsi operatorunun lisenziyasının olub-olmamasına diqqət yetirməlidirlər. Həmçinin xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorları ilə bağlı İKTA-nın "E-Şikayət" sisteminə müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar onlayn qaydada https://e-complaint.icta.az saytına daxil olmaqla, yaxud "Android" və "iOS" əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq "Google play"dən və "APP store"dan "E-Şikayət"in mobil tətbiqini yükləməklə şikayətlərini ilk olaraq xidmətindən istifadə etdikləri poçt rabitəsi operatoruna və tənzimləyici quruma yönəldə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728