bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"

25-02-2025, 13:12 2 dəfə baxılıb

 Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.

Bu barədə Bizimlider-ə onun anası Əfsanə Abbasova məlumat verib.

O bildirib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və onun əməliyyatla götürülməsi lazımdır:

"Bunun üçün İbrahim əvvəlcə altı kurs kimyaterapiya almalı idi. Həmin kurslar başa çatdı. Biz yenidən analiz verdik və xərçəngin metastaz verdiyini öyrəndik. İbrahim yenidən kimyaterapiya qəbul etməlidir. Daha sonra əgər xeyrini görsək, əməliyyat olunacaq. Hamıdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. Bizə bu mərhələdə 15 min manat lazımdır.

İbrahimə dəstək olan insanlardan danışıram, o isə uşaq olsa da, hər şeyi başa düşür. Dəstək olanları eşidəndə sevinir. Deyir ki, "Ana, mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım". Artıq bədəni də çox yorulub, psixologiyası alt-üst olub. Ağır iynələr onu əldən salıb. Allah heç kimi belə ağır dərdlə sınağa çəkməsin".

Ailə ilə əlaqə: (055) 736-92-70.

"Kapital Bank": 5239 1517 1343 5306.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031