bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İcra başçısı təyin olunan şəxsin əvvəlki vəzifəsini kim icra edir?

13-03-2025, 12:46 0 dəfə baxılıb

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.

Bizimlider "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Azər Eldar oğlu Rəhimov Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini təyin olunub. O bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fotoda Orxan Hüseynzadə: 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031