İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.
Beş.az Trend-ə istinadən bildirir ki, beynəlxalq mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli, teleaparıcılar Erez Tal, Assi Azar və aktrisa Lüsi Ayub olublar.
Müsabiqəni "Toy" mahnısı ilə "Avroviziya-2018"in qalibi Netta Barzilay açıb.
Birinci yarımfinalda 17 ölkənin nümayəndələri çıxış edib: Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San-Marino.
Birinci yarımfinalda çıxış edənlərdən yalnız 10-u finala yüksələ bilib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.
Qeyd edək ki, ikinci yarımfinal mayın 16-ı, final isə mayın 18-i keçiriləcək. Azərbaycanı təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə mayın 16-sı çıxış edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.