"Bu, dövlət proqramında da öz əksini tapıb”.
Avropada və dünyanın əksər ölkələrində tramvaylar hələ də işləyir. Bəzi böyük şəhərlərdə isə sürətli tramvaylar fəaliyyət göstərir. Türkiyədə isə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Bəs, Bakıda tramvay və trolleybus xətlərinin yenidən bərpası mümkündürmü? İllərdir tətbiqi gözlənilən və dəfələrlə müzakirələrə səbəb olan metrobus təcrübəsi necə, paytaxtda gözləniləndirmi?
Mətbuat bu suallara cavab axtarıb. Materialı oxuculara təqdim edirik.
Mais Ağayev: "Bu xidmətin müasir tələblər səviyyəsində qurulması əsas hədəfimizdir”
Saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin dediyinə görə, alternativ ictimai nəqliyyat növlərinin yaradılması istiqamətdə zəruri addımlar mərhələli qaydada atılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.