bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda qızına iyrənc hərəkətlər etmiş atadan YENİ XƏBƏR

30-08-2019, 13:38 224 dəfə baxılıb

Azərbaycanda qızına iyrənc hərəkətlər etmiş atadan YENİ XƏBƏR
14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərində ittiham edilən Fərhad Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

bizimlider.com "oxu.az”a istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin ediləcək.

İttihama görə, hadisə ötən il Bakının rayonlarından birində baş verib. F.Nəcəfov yetkinlik yaşına çatmayan qızı Firəngiz Nəcəfovaya (ad-soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Həbs edilən F.Nəcəfov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930