Sərnişinlər bonuslar qazanacaqlar - Azərbaycanda YENİLİK
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.
Bunu ADY-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq:
“Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər”.
R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək: “Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir”.
Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.