bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist

6-09-2024, 14:42 0 dəfə baxılıb





Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yollarının”​ QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib.

Hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.

Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.

Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.

Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb.

Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir: “5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30