Paşinyan Əliyevdən nə xahiş edib? - Diplomatik mənbələr detalları açır
Ermənistan mediası diplomatik mənbələrə istinadən Bakı-İrəvan danışıqlarına dair müəyyən təfərrüatları yayıb.
“Hraparak” nəşri Paşinyanın Əliyevdən nəyi xahiş etdiyini öyrənib.
Nəşr yazır ki, sülh müqaviləsi üzrə bütün maddələr razılaşdırılsa belə, Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi və müstəqillik bəyannaməsindən imtina tələbi aktual olaraq qalır.
“Nikol Paşinyan isə çalışır ki, sülh sazişini seçkilərə qədər imzalasın və bundan daxili auditoriyada istifadə etsin. Diplomatik mənbələrdən öyrəndik ki, Paşinyan Əliyevə sənədi imzalamağı təklif edib. Qeyd edib ki, sazişdə konstitusiya dəyişdirildikdən sonra onun qüvvəyə minəcəyinə dair bənd yer alsın.
Lakin Əliyev bunu rədd edib. Paşinyan anlayır ki, hazırda referendum keçirə və konstitusiyaya dəyişiklik edə bilməz. Buna görə qarşıdan gələn seçkilərdə qalib gəlmək və bundan sonra Əliyevin tələbini yerinə yetirmək istəyir”, - nəşr iddia edir.