bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu şəxslərə ŞAD XƏBƏR: Vergi güzəştləri tətbiq olunacaq

Dün, 11:09 0 dəfə baxılıb



Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər müzakirə edilib və qəbul olunaraq plenar iclasa tövsiyə edilib.

Bununla bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyə həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq:

“Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq. Yəni,VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.

Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur. Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930