bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan Papa ilə nəyi müzakirə edib?

18-11-2024, 17:40 0 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-taca işgüzar səfəri çərçivəsində Roma Papası Fransisk ilə təkbətək söhbət edib.

Paşinyan görüşə görə təşəkkür edib və Apostol sarayında ilk dəfə olmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

Baş nazirinin sözlərinə görə, ən yüksək səviyyədə davam edən qarşılıqlı səfərlər Ermənistan və Müqəddəs Taxt-Tac arasında xüsusi dövlətlərarası münasibətləri sənədləşdirməyə yönəlib. Nikol Paşinyan Apostol nunsisinin Ermənistanda rezident təyin edilməsindən danışıb.

Nikol Paşinyan Papaya Azərbaycan-Ermənistan sülh prosesindəki son hadisələr haqqında məlumat verib.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Papa Fransisk təkbətək söhbətdən sonra baş nazirin həyat yoldaşı Anna Akopyan, qızı və baş naziri müşayiət edən nümayəndə heyətinin üzvlərini qarşılayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031