Aİ İrana qarşı sanksiyaları genişləndirdi
İranın Rusiyaya hərbi yardım göstərdiyinə görə, Avropa İttifaqı Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yayılıb.
“Bugünkü qərara əsasən, raketlərin və pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin İrana ixracı, tədarükü, ötürülməsi və satışı qadağandır”, - sənəddə deyilir.
Qeyd edək ki, İranın ən böyük gəmiçilik şirkəti “The Islamic Republic of Iran Shipping Line Group”, eləcə də “Against BTS-Broker” və “Agarax” şirkətinin direktoru “İran silahlarının və döyüş sursatı daşınmasına” görə Aİ-nin “qara siyahısı”na daxil edilib.