Misir Mərdanov özünü oliqarx hesab etmir – VİDEO
”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər”. 15 il təhsil naziri olan Misir Mərdanov Space tv –də yayımlanan “Sadə həqiqətlər” verilişində ittihamlara cavab verib və mövqeyini bildirib. Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi 20 sentyabrda saat 21:50-də Space tv-də yayımlanacaq./spacetv.az/