Doğum gününüz mübarək olsun, körpə fidanlar!
Dünya bir aləmdir, insanlar isə bu aləmin yaraşığı. Bu yaraşıqlı dünyamızda mənalı və şərəfli ömür sürənlərin arasında özünə yer alan Ceyhun Vaqifoğlunun dostu Ramin Ağazadənin fidan balaları 2024-cü ilin dekabrın 1-də Ağazadə Elçinin 3 yaşı, Ağazadə Mehdinin isə 2 yaşı tamam olması münasibəti ilə ata və ana qohumları, əmisi Ramiz başda olmaqla yaxın qohumları təbrik edirlər. Qoy yaş üstə qalanan bu yaş sizə xoşbəxt günlər, aylar bəxş etsin. Həyatda bütün arzulara çatasınız. Arzu edirik yeni yaşınızda xoşbəxtliklərin ən gözəllərini yaşayıb, xoşbəxtlik nərdivanlarını rahatlıqla qalxaraq üzünüz həmişə gülər olsun, körpələr! Biz də redaksiya heyəti adından amin deyirik.
CEYHUN VAQİFOĞLU