bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu 3 əlamət bədəndə xərçəngin yarandığının əlamətidir

Bugün, 08:55 0 dəfə baxılıb

 





Bədəni toksinlərdən təmizləyən orqanizmin təbii müdafiə sistemi limfalardır. Lakin limfa sistemində yaranan problemlər ciddi sağlamlıq risklərinə, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər.

Məlumata görə, onkoloq və cərrah İvan Karasev xəbərdarlıq edib ki, limfa sistemi pozulduqda bütün orqanizm əziyyət çəkir və inkişaf etmiş hallarda limfa xərçəngi (limfoma) yarana bilər.

Limfoma üçün əsas əlamətlər:

Boyun, qoltuqaltı və körpücük sümüyü üstündə şişkinlik
Şişkinlik ağrısız olur və zamanla böyüyə bilər. Bəzən bu dəyişikliklər qasıq nahiyəsində də müşahidə edilə bilər.

Qarında şişkinlik və ağrı
Qarın nahiyəsində inkişaf edən limfomalar qarın ağrısı, ürəkbulanma və qusma ilə nəticələnə bilər. Bu zaman bədəndə maye toplanması baş verir.

Yeni qabarların yaranması
Şişkinliklər müalicə olunmadıqda böyüyərək yeni qabarların əmələ gəlməsinə səbəb olur.

Mütəxəssislərdən tövsiyə:
Vaxtaşırı limfa düyünlərini müayinə etdirmək və hər hansı dəyişiklik hiss edilərsə, dərhal həkimə müraciət etmək vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031