Boşanma mərhələsində olan Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan açıqlama
Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib. O, buna səbəb kimi atası tərəfindən özü və anasının şiddətə məruz qalmasını göstərib.
Fuad Qəhrəmanlı əvvəlcə qızının profilinin oğurladığını bildirsə də, Selcan bunu təkzib edib. Siyasətçinin qızı yazdıqlarını təsdiqləyən videomüraciət yayımlayıb.
Bizimyol.info xəbər verir ki, bundan sonra siyasətçi Fuad Qəhrəmanlı baş verənlərin keçmişə dayandığını bildirib: "Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçım olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradıb. Feminizmlə bağlı məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı".
Yazıçı Zümrüd Yağmur qızı Selcanın yanında olacağını bildirib: "Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.
Qeyd edək ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.