bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı

23-09-2019, 11:52 127 dəfə baxılıb

Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı
Tovuzun Əlibəyli kənd sakinləri susuzluqdan əziyyət çəkir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, uzun illərdir ki, onlar başlanğıcını Ermənistanın Berd rayonundan götürən bir çayın ümidinə yaşayırlar.

Nə qədər ki ermənilərə su lazımdır çayın qarşısı kəsilir, ermənilər öz təsərrüfatlarının suvarılmasında istifadə edirlər. Onlara lazım olmadıqda isə yağışlar yağmadığı halda ehtiyat məqsədilə çayın qarşısında yaratdıqları su anbarları doldurulur.

Əgər burdan su artarsa, o halda ermənilər suyun qarşısını açırlar. Çay gəlmədikdə ermənilərin 500 metr addımlığında yaşayan Əlibəylilər həyatlarını təhlükə altına qoyub çayın qarşısını açmaq üçün çayın mənbəyinə gedirlər. Kənd sakinləri bu çayın suyundan həm içməli su kimi, həm də suvarmada istifadə edirlər.

Sakinlərin suya olan tələbatlarının ödənilməsi məqsədilə 90-ci illərdə artezian quyusu da qazılıb. Hətta bir nəfər də erməni gülləsindən ağır yaralanıb. Bundan sonra artezian idarəsi işləri yarımçıq qoyub gedib. Quyu indiyədək sakinlər tərəfindən qorunub saxlanılır.

Hətta quyunun ağzına bir daş da qoyublar ki, daş, qumla dolmasın. Sakinlər deyir ki, artezianın quraşdırılıb istifadəyə verilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciətləri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930