bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı

21-12-2024, 11:07 0 dəfə baxılıb

 

Ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, son illər ölkədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində ciddi normativ baza yaradılıb və bu ildən-ilə  təkmilləşdirilir. Xüsusi olaraq 2024-cü ilin oktyabrında "Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihələrinin parlamentdə qəbul olunması da bu sıradadır.

Hikmət Əlizadə deyir ki, mövcud təcrübə onu göstərir ki, bir sıra hallarda xüsusən tikinti şirkətləri tərəfindən yaşıllıqlara  münasibətdə çox ciddi pozuntulara yol verilir. Kimliyindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.

Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib, - deyə xidmət rəisi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031