bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Niyə əksər insanlarda bir ayaq digərindən daha böyükdür? – Alimlərdən ARAŞDIRMA

31-12-2024, 09:35 1 dəfə baxılıb

 

ABŞ-nin "New York Foot and Ankle" tibb təşkilatından olan alimlər əksər insanların ayaqlarının müxtəlif ölçüdə olmasının səbəblərini açıqlayıblar.

Bu barədə "Live Science" portalı məlumat yayıb.

Daha əvvəl ABŞ, Böyük Britaniya və Çində həyata keçirilən araşdırmalar göstərib ki, insanların 24%-ə qədərində sol və sağ ayaqları arasında ən azı 4 millimetr ölçü fərqi var.

Eyni zamanda, 2018-ci ildə Britaniyada aparılan araşdırmanın məlumatları göstərib ki, qadınların 50.7%-nin və kişilərin 548%-nin sağ ayağı soldan daha uzundur.

Digər amillər də ayaq ölçüsü fərqinə təsir göstərir. Məsələn, qadınlar hamiləlik zamanı və ya sonrasında ayaqların bir qədər genişlənməsi ilə qarşılaşa bilərlər.

Qeyd olunur ki, xüsusilə sümüklərin inkişaf etdiyi uşaqlıq dövründə alınan zədələr ayağın ölçüsünü dəyişə bilər. Ayağın uzun müddət gipsdə saxlanılması da əzələlərin zəifləməsinə və kiçilməsinə səbəb ola bilər.

Alimlər əlavə ediblər ki, sol və sağ ayaqların ölçülərində ciddi fərq bəzi hallarda cərrahi müdaxilə tələb edə bilər. Ancaq insanların əksəriyyəti ortopedik və korrektəedici ayaqqabılarla narahatlığın öhdəsindən gələ bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031