30 yaşlı gənc üzən ev hazırladı - VİDEO
İstanbul şəhərində yük maşını sürücüsü üzən ev hazırlayıb.
Beykoz rayonunda yaşayan 30 yaşlı Həmdullah Aksoy İstanbuldan təxminən 20 km aralıda yerləşən Riva dərəsində üzən ev düzəldib.
H.Aksoy evi 15 gün ərzində hazırladığını bildirir. O, evin suda batmaması və baş verəcək təhlükəli vəziyyətlərdə ciddi fəsadlar almaması üçün çox çalışdığını deyib.
Evin hazırlanmasında xüsusi barrellərdən istifadə edən H.Aksoy bildirir ki, sözügedən ev ümumilikdə altı ton ağırlığında yük qaldıra bilir. Bunun üçün o, 25 barreldən istifadə edib.
Hazırlanan gündən etibarən qısa zaman ərzində bu ev insanların böyük marağına səbəb olub.
Belə ki, gələnlər onunla birlikdə evlə gəzintiyə çıxır, çay içir. H.Aksoy təhlükədən yayınmaq üçün küləkli havada dənizə çıxmır. Lakin digər günlərdə bir neçə saat dərə boyunca üzür.