bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paytaxtın məşhur bazarında söküntü işlərinə BAŞLANILDI

Dün, 08:00 0 dəfə baxılıb

 Bakının məşhur "Keşlə bazarı"nda söküntü işlərinə başlanılıb.

Bizimlider Xəzər TV-yə istinadən məlumat verir ki, layihənin əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və metronun "Nərimanov" stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə metronun "Gənclik" və "Nərimanov" stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində metronun "Gənclik" və "Nərimanov" stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri də yerinə yetirilib.

Qeyd edək ki, bazarda ticarətlə məşğul olan sahibkarlar Dərnəgüldə salınan yeni "Keşlə bazarı"nda fəaliyyət göstərirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728