bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Şagirdlərə konfet adı altında narkotik maddə təklif olunur?

10-02-2025, 16:30 4 dəfə baxılıb

 Sumqayıtda məktəblərin birində valideyn qrupuna "çiyələk kviki" adı ilə tanınan narkotik maddənin məktəbin həyətində uşaqlara verildiyi, valideynlərin bununla bağlı diqqətli olmalarının gərəkliyini bildirən xəbərdarlıq göndərildiyi iddia olunub.

Bizimlider xəbər verir ki, sözügedən xəbərdarlıqda bildirilib ki, çiyələk qoxusu gələn və çiyələk konfetinə bənzəyən bu dərman kristal metamfetamindir. 

Həmçinin qeyd olunub ki, onun şokolad, fıstıq yağı, kola, albalı, üzüm, portağal aromatlı versiyaları da mövcuddur. 

Buna görə də valideynlərdən uşaqlarına yad adamlardan konfet almamalı olduğunu izah etmələri vurğulanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı Bizimlider-ə açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir:"Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728