bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mətbəxi təmizləməyə görə iki nəfəri bıçaqladı: Qanlı hadisənin TƏFƏRRÜATI

25-02-2025, 23:00 1 dəfə baxılıb

 Bakının Nizami rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi detalları məlum olub.

Bizimlider-in əldə etdiyi məlumata görə, eyni evdə kirayədə yaşayan Kamal Bayramov, Sahil Dövlətov və Rahib İsmayılovun mətbəx üstündə mübahisələri yaranıb. Mətbəxin təmizlənməsi ilə bağlı növbələşmədə razılığa gələ bilməyən tərəflərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Məlumata görə, tərəflərdən ikisi - Kamal Bayramov və Sahil Dövlətov birləşib, nəticədə təklənən tərəf - Rahib İsmayılov digər iki nəfəri bıçaqlayıb.

Aləmdə Nəsib

Bakıda dava bıçaqlanma ilə nəticələnib.

Bizimlider APA-ya istinadla xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Rahib İsmayılov birlikdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mübahisə edib. Mübahisə nəticəsində bıçaqla K.Bayramov və S.Dövlətova müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

İş üzrə R.S.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031