bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Namaz qılmayanlar oruc tuta bilərlərmi?

7-03-2025, 16:00 0 dəfə baxılıb

 Hər Ramazan ayında müzakirə olunan mövzulardan biri də namaz qılmayan şəxslərin oruc tutmasının doğru olub-olmaması ilə bağlıdır.

Bəs namaz qılmayan şəxs oruc tuta bilərmi? Dində bunun hökmü nədən ibarətdir?

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev Bizimlider-ə açıqlamasında bildirib ki, orucun namaz ilə birlikdə tutulmaq kimi bir şərti yoxdur:

"Hazırda mübarək Ramazan ayını yaşayırıq. İslam peyğəmbəri (s.ə.s.) xütbələrinin birində "mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə bizim üzərimizə gəlir" söyləyib. Bu, özünəməxsus fenomendir ki, biz ona getmirik, ay öz rəhməti ilə bizə doğru gəlir. Biz bu aydan nə qədər bəhrələnib Allaha yaxınlaşacağıq, artıq o bizim əməllərimizdən asılıdır. Əslində, mübarək Ramazan ayının məğzi insanın ilahi təqvaya sahib çıxmasıdır. Təqva isə namazla kamilləşən amildir. İslama görə, namaz və oruc vacib əməllərdir.

Əgər kimsə bu vacibatları tərk edərsə, günahkardır. Hər iki əməl ayrı-ayrılıqda vacib əməldir. Orucun namazla tutulmaq kimi şərti yoxdur. Bir kəs namaz qılmayaraq oruc tutsa, bu onun orucunun qəbuluna mane olmur. İbadətlərin qəbulu Allah dərgahındadır. Kiməsə: "Sən namaz qılmırsan, oruc tutma", - demək düzgün deyil".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031