bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO

10-03-2025, 18:30 0 dəfə baxılıb

 "Ölkəmizdə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də sürücülərin tələskənliyidir".

Bizimlider xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, işə gecikmək, təyinat yerinə tez çatmaq və ya sadəcə yol hərəkətində üstünlük qazanmaq üçün qaydaları pozmaq çox vaxt faciə ilə nəticələnir:

"Tələskənlik: Böyük risk, ağır nəticə!

Sürət həddini aşmaq - nəqliyyatın idarəetməsini çətinləşdirir və qəza riskini artırır.

Qırmızı işıqda keçmək - həm sürücü, həm də piyadalar üçün təhlükəlidir.

Zolaqları düzgün seçməmək və yol hərəkətini pozmaq - digər sürücüləri gözlənilməz manevrlərlə çaşdırır və qəza ehtimalını yüksəldir.

Unutma ki, sənin tələskənliyin başqalarının sonu ola bilər!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031