bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Naxçıvanın daha bir blokadası başa çatır

9-03-2025, 23:30 1 dəfə baxılıb

 Baku TV-də "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə Prezident İlham Əliyevin Ankaraya səfərindən söz açılıb.

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanla Türkiyə daha bir vacib layihənin açılışını ediblər.

Vurğulanıb ki, Iğdır-Naxçıvan qaz kəməri Naxçıvanı qardaş ölkə ilə birləşdirən ikinci körpü rolunu oynayır. Bu körpü ilə Naxçıvanın qaz blokadası da sona çatır.

Bildirilib ki, Azərbaycan enerji sferasında getdikcə daha güclü oyunçuya çevrilmək üçün maraqlı addımlar atır. Onlardan biri də Prezident İlham Əliyevin qonşu ölkələri təmsil edən üç neft şirkəti ilə görüşüdür.

Verilişdə, həmçinin qondarma separatçı quruma rəhbərlik etmiş Ruben Vardanyanın ailəsi vasitəsilə dünya ermənilərinə müraciətindən də bəhs olunub.

Eyni zamanda ABŞ-İran münasibətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, Donald Tramp İranı çökdürmək üçün hərəkətə keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031