İlqar Mikayıloğlu ATV-dən getdi
Aparıcı İlqar Mikayıloğlu ATV-dəki fəaliyyətinə son qoyub.
Bizimlider.com bildirir ki, bununla bağlı Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, öz ərizəsi ilə kanaldan uzaqlaşıb.
"Dört gün əvvəl ərizəmi yazdım və getdim. Heç bir kanaldan təklif almamışam" deyən, Mikayıloğlu işdən çıxmasının səbəbini açıqlamaq istəməyib.
O, hazırda işsiz olduğunu deyərək "Mənim durumumda olan biri üçün işləmək mütləqdir. Hazırda harada işləyəcəyimlə bağlı heç bir fikrim yoxdur" sözlərini əlavə edib.
Qeyd edək ki, İ.Mikayıloğlu sözügedən kanalda "ATV səhər", "İlqarla bir gün", "Gün üzü" kimi verilişlərə aparıcılıq edib.