bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Saxlanılan FETÖ üzvü universitet müəllimi imiş - HÖKM OXUNDU

13-03-2025, 22:30 1 dəfə baxılıb

 2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan şəxslərdən daha biri - 1980-ci il təvəllüdlü Ruslan Əliyevə hökm oxunub.

Bizimlider "Qafqazinfo"a istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsi R.Əliyevi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.

Araşdırmalarla müəyyən edilib ki, Ruslan Əliyev "Yurd" mərkəzinin direktoru və Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz" Universiteti) müəllimidir.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan R.Əliyevin avtomobilindən və yaşadığı evdən FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin çoxsaylı kitabları və saxta pullar, digər çap nümunələri və təbliğat vasitələri götürülüb.

Məhkəmənin hökmü ilə Ruslan Əliyevə 5 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev və İlkin Həşimli saxlanılmışdı.

Bir neçə gün əvvəl Binəqədi Rayon Məhkəməsi İlkin Həşimliyə də 5 il 6 aylıq həbs cəzası verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031