bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14-10-2019, 15:34 109 dəfə baxılıb

Türk Şurasına sədrlik Azərbaycana keçdi
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib.

Report xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.

O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30