“145 Group” maraqlı təkliflərə hər zaman açıqdır - MÜSAHİBƏ
Oxu.Az “145” restoranlar şəbəkəsinin təsisçisi Eyyub Hüseynovla müsahibəni təqdim edir:
- İlk sualımız elə brendin yaranma tarixi ilə əlaqədardır. Niyə məhz “145”? Bu rəqəmin uğur tarixçəsini bizimlə bölüşə bilərsinizmi?
- Bizim ilk çay evimiz Bakıda məhz Neftçilər prospekti 145 ünvanında açılmışdı. O zaman bu, çay ritualı və içki, eləcə də çay evinin özü bir kluba çevrildi. Bu məkan şəhərin kişi sakinləri arasında tez bir zamanda populyarlıq və sevgi qazandı.
Əslində Çay evi 145-in xüsusi təqdimata ehtiyacı yoxdur, bu məkan bu günə kimi dost və həmfikirlərin bir araya gətirən klubdur. Sonradan hüquqi ünvan dəyişsə də - indi Neftçilər prospekti 115-dir - , amma biz bu nömrəni o qədər xoşladıq ki, bütün qrupu belə adlandırmaq qərarına gəldik.
- “145” restoranlar şəbəkəsinə şəhərimizin kifayət qədər sevilən və tanınan məkanları – Çay evi145, “Çaybağı145”, “Greengarden”, “Malacannes”, “Passage145” və “Metropol145” aiddir. Ümumiyyətlə, bu ideya necə yarandı? Bu işdə uğur qazanacağınıza inanırdınızmı?
- Zənnimcə, uğur bir ideya ətrafında toplaşan düzgün insanlardan asılıdır. Hazırda 145 Group brendi məhz düzgün iddialı insanların sayəsində uğur qazanıb. Biz davamlı olaraq çalışır, qarşılaşdığımız çətinlik və nöqsanlara baxmayaraq, onları aradan qaldıraraq məqsədimizə doğru irəliləyirik.
İndiyə kimi nail olduqlarımız...İnandırım sizi ki, bu yalnız başlanğıcdır. Amma nə gizlədim Green Garden, Çay evi 145, Çay bağı 145, Malacannes, Passage 145 və Metropol145 –ə gələrkən bu qısa zaman kəsiyində əldə etdiklərimizlə qürur duyuram.
- Sizcə “145” restoranlar şəbəkəsini Bakımızın digər məkanlarından fərqləndirlən başlıca xüsusiyyətlər hansılardır?
- 145 Group – Qərblə Şərqin görüşdüyü, bu iki mədəniyyətin müsbət sintezini özündə birləşdirən bir məkandır. Məhz bu sintez sayəsində bura həm paytaxtımızın qonaqları, həm də bir dəfə bizə baş çəkən, təkrar-təkrar qayıdan, daimi müştərilərimizə çevrilən yerli sakinlər üçün rahatdır. Bir misal çəkim, əgər interyerimiz keçən əsrin ziyalı Azərbaycan evlərinin ənənəsinə uyğun zərifcəsinə şərq üslubunda tərtib olunubsa, xidmətlərimiz Qərbin ən yüksək standartlarına uyğun qurulmuşdur.
- “145” restoranlar şəbəkəsi ziyarətçilərinə Azərbaycan mətbəxi ilə yanaşı, daha hansı təamları təqdim edir?
- Siz çox vacib sual verdiniz. Bizdə ən və ən mühüm olan çayın özüdür. Belə dadlı və ətirli çay heç yerdə yoxdur. Bizdə bu – qaynadılmış bulaq suyu, daha sonra isə əsil samovarlarda dəmlənən çaydır. Biz turistlərə əsil çayın nə olduğunu nümayiş etdirmək istəyirik. Bununla yanaşı, bizdə çoxillik təcrübəyə malik olan, çaya dərindən bələd olan çayçılar çalışır. Onlar öz işlərinin əsil sənətkarıdır.
- Müştərilərin sizin məkanları gülərüzlə tərk etmələri üçün, onlarda xoş təəssürat yaratmaq və nəticədə onları daimi ziyarətçiyə çevirmək üçün loyallıq proqramları həyata keçirirsinizmi?
- Əlbəttə ki, müştərilərimiz üçün loyallıq proqramımız mövcuddur və biz hər dəfə onu təkmilləşdirməklə, müxtəlif yeniliklər tətbiq edirik. Hazırda 145 Club kartlarını 145 Group şəbəkəsinin istənilən restoranlarından birindən əldə etmək mümkündür. Bu proqramın üstünlükləri haqda bu link http://145group.com/clubcard üzərindən məlumat almaq olar.
- Sizcə, ölkəmizdə restoranlar şəbəkəsinə yönləndirilən sərmayələr özünü doğruldurmu? Bu biznesə qoşulmaq iddiasına olan sahibkarlar əsas hansı məqamları nəzərə almalıdır?
- Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir və Prezidentimizə minnətdarıq ki, rahat ürəklə Bakıda restoran aça bilirik, Bakının həm mərkəzində həm də şəhərdən kənarda, təhlükəsiz olaraq, gəzmək mümkündür, bu da bizə 24 saat işləmək imkanını verir. Nəticədə çox sayda turist cəlb olunur.
Deməli, sərmayələr də kifayət qədər qısa müddətdə özünü doğruldur. Demək olar ki, turist axını sayəsində bütün xalq zənginləşir. Əlbəttə ki, kiçik və orta biznes də inkişaf edir. Azərbaycan mətbəxi o qədər zəngindir ki, dünyanın istənilən ölkəsinin nümayəndəsi ürəyi istədiyi hər bir şeyi burada tapa bilər. Əlbəttə ki, restoranlarımızın mətbəxinin daha maraqlı və zəngin olması üçün biz də əlimizdən gələn hər bir şeyi edirik.
- Gələcək illər üçün restoranlar şəbəkəsini genişləndirmək planlarınız varmı? Xarici ölkələrdə “145” brendini tanıtmaq - Azərbaycan mətbəxinin incilərini, əsil Azərbaycan qonaqpərvərliyini əcnəbilərə nümayiş etdirməyi düşünürsünüzmü?
- Bəli, restoran şəbəkəmizi genişləndirməklə bağlı böyük planlarımız var. Əlbəttə ki, gündəlikdə duran məsələ Bakıda tam miqyasda təqdim olunmaqdır. Müxtəlif konsepsiyalarda Bakının müxtəlif rayonlarında yeni məkanlar açacağıq.
Bundan əlavə, beynəlxalq şirkətlərdən bir çox təkliflər almışıq və hazırda danışıqlar aparırıq, nəticələrini yaxın gələcəkdə görəcəksiniz. Hələ təfərrüatlara girmək istəməzdim, lakin qeyd edim ki, maraq mövzumuz 145 Group brendinin Türkiyədə, Ərəb ölkələrində tanıdılmasıdır.
Bir sözlə, gələcəyə böyük iddia və planlarımız var. Hazırda Bakıda bu sahənin liderlərindən biriyik və məqsədimiz təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda gələcək nəsillər üçün maraqlı və cəlbedici olmaq, gənclərin ən sevimli brendi olaraq qalmaqdır.
Hər zaman xidmətlərimizi mükəmməlləşdirməyə çalışırıq, çünki bu bizim bir vizit kartımızdır – ziyarətçilərimizə restoranda ləziz, gözəl, rahat olmalıdır - zirvədə olmaq üçün bu meyarların hər biri üzərində durmadan çalışırıq.
- Tərəfdaşlıqla bağlı müraciətlərə açıqsınız? Françayzınq təcrübəsindən istifadə etməyi düşünürsünüzmü?
- Bəli, biz xaricdə bununla əlaqədar müvafiq işgüzar danışıqlar aparırıq. Düşünürük ki, bizim inkişafımız sürətli getdiyindən, bu gün daha çox məkan açmalıyıq. Biznesimizə sərmayə qoymaq istəyənlərlə tanış olmağa, ünsiyyət qurmağa hazırıq. Elə fürsətdən istifadə edib sizin vasitənizlə geniş auditoriyaya bildirmək istərdik ki, “145 group” tərəfdaşlıq/partnyorluq təkliflərinə hər zaman açıqdır. Bunun üçün hətta yeni [email protected] elektron ünvanı da mövcuddur. Bizimlə əməkdaşlıq etmək istəyində olanlar öz müaciətlərini birbaşa bu ünvana yönləndirə bilər.
- Sizinlə əməkdaşlıq edən tərəfdaşlarınız hansı üstünlüklər əldə edə bilər?
- Üstünlüklər çoxdur. Onların sırasına stabillik, gəlirlilik və inkişaf daxildir. Bizimlə əməkdaşlıq edən hər bir tərəfdaş arxayın ola bilər - komandamızda həmişə inkişaf etmək istiqamətində işlər gedir. Hər zaman peşəkar kadrlarla çalışıb ən mükəmməl xarici təcrübəni Azərbaycanda tətbiq etməkdə maraqlıyıq. Bu səbəbdən heç bir zaman dayanmamışıq və nəticə də göz önündədir.
Biz mütəmadi yeniliklər tətbiq etməklə, restoranlarımıza yeni nəfəs veririk - xidmət səviyyəsinin daha yüksək səviyyələrə çatdırılması və qonaqlarımızın məmnun qalması uçun hər zaman çalışırıq. Bu işdə bizə Amerika və Avropa ölkələrinin tanınmış restoranlarının təcrübəsi və məqsədəuyğun hesab edildikdə tətbiqi yardımçı olur. Bir sözlə, öz işini peşəkarcasına icra edən istənilən bazar iştirakçısının təklifini nəzərdən keçirməyə hazırıq.