bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı - QƏRAR

6-12-2019, 11:42 112 dəfə baxılıb

Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı - QƏRAR
Nazirlər Kabineti "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə olunsun.
Belə ki, "Elektron anketin forması”nın 18-ci hissəsində "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, 18-ci hissə uşağın himayədə və ya qəyyumluqda olması ilə bağlıdır.

Bildirilir ki, uşaq valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olubsa, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix, övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanında olur.

Baş nazirin qərarına görə, bu səlahiyyət Komitədən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930