bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi - “Mühacir alver”i məsələsinə görə

11-12-2019, 16:43 116 dəfə baxılıb

“Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi - “Mühacir alver”i məsələsinə görə
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

"Bizimlider.com"un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinə verilən xüsusi ittiham qaydasında şikayətdə Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib.

Xüsusi ittiham qaydasında şikayət hakim Abbas Rzayevin icraatına verilib.

Qeyd edək ki, iddiaya Yafəz Əkrəmoğlunun Müsavat Partiyasının Almaniyada "mühacir alver"ni təşkil etdiyi və bu prosesdə partiyanın rəhbərliyinin iştirak etməsi barədə iddialarla çıxış etməsi səbəb olub.

Böhtan əməli sübuta yetirilərsə, onu min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Xatırladaq ki, Y.Əkrəmoğlu "Azadlıq" Radiosunun əməkdaşı olub və bir neçə ildir ki, Avropada mühacirətdə yaşayır.

/Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930