bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Evdəki "Wi-Fi"ın sürətini azaldan əşyalar - SİYAHI

20-12-2019, 16:53 95 dəfə baxılıb

Evdəki "Wi-Fi"ın sürətini azaldan əşyalar - SİYAHI
Evdəki "Wi-Fi"ın sürətini azaldan əşyaların adları açıqlanıb.

Publika.az xəbər verir ki, ekspertlərin fikrincə, ilk növbədə metal mebel səthləri internetin sürətini aşağı salır.

Mütəxəssislər bu cür əşyalardan bacardıqca az istifadə etməyi tövsiyə edir.

Ayrıca, kərpic və ya daşdan hazırlanmış divarlar da yüksək sürətə maneə ola bilər. Bu baxımdan ötürücünün açıq məkanda yerləşdirilməsi məsləhətdir.
Güzgü də "Wi-Fi"ın sürətini zəiflədə bilər.

Yeni il yolkasının işıqları da istisna deyil. Çünki işıq maqnit sahə yaradır.

Mikrodalğalı soba internetin sürətini aşağı salan digər əşyadır. Ona görə də ötürücünün sobadan yuxarı istiqamətdə yerləşdirilməsi tövsiyə olunur.

Paltaryuyan maşın və soyuducu da "Wi-Fi"ın sürətini azaldır. Bu baxımdan ötürücünün yeri dəqiq seçilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031