bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məmmədəmin Rəsulzadənin daha bir əsəri işıq üzü gördü

25-12-2019, 14:00 118 dəfə baxılıb

Məmmədəmin Rəsulzadənin daha bir əsəri işıq üzü gördü
Azərbaycan türklərinin milli dövlətçiliyinin banisi M.Ə. Rəsulzadənin gələn ilin martında qeyd olunacaq vəfatının 65 illiyi ilə əlaqədar KitabKlubu nəşriyyatında onun 1930-cu ildə Parisdə rus dilində Qafqaz İstiqlal Komitəsi tərəfindən çap olunmuş "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” («О пантуранизме. В связи с кавказской проблемой») kitabının faksimilesi və Azərbaycan dilində tərcüməsi işıq üzü görmüşdür.

Məlumdur ki, M.Ə. Rəsulzadənin bu kitabı Zarevandın (Zaven və Vartui Nalbandyanlar) Anadolu və Azərbaycan türklərinin ünvanına böhtanlarla dolu "Türkiyə və panturizm” (Турция и пантуранизм) adlı cızma-qarasına cavab olaraq qələmə alınmışdır. M.Ə. Rəsulzadə bu əsərində konkret faktlarla Zarevandın "arqumentlər”ini təkzib edir. Son illərdə Zarevandın bu cızma-qarasının Rusiyya, İran və hətta Türkiyədə kütləvi tirajla çap olunması, M.Ə. Rəsulzadənin "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabının nəşrini daha da aktuallaşdırır.

Kitabda M.Ə. Rəsulzadənin iki məqaləsi – "Rusiyanın köləliyində” və "Nə "peyin”, nə də "material”, eləcə də onun 1930-cu ilin martında Qafqaz, Ukrayna və Türküstan siyasi mühacirləri qarşısında etdiyi məruzənin mətni yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930