bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO

30-12-2019, 10:41 171 dəfə baxılıb

Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri birmənalı qarşılanmadı.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin azad və ədalətli mühitdə keçirildiyini bəyan etsə də, müxalifət qurumları və bir sıra müstəqil ekspertlər səsvermə zamanı çoxsaylı qanun pozuntularının müşahidə edildiyini bildirir.

Bizimyol.info xəbər verir ki, 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizəd olmuş İbrahim İbrahimov saxtakarlıq faktları ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

İ.İbrahimov verdiyi videoaçıqlamda bələdiyyə seçkilərinin saxtalaşdırıldığını, rayonun icra başçısı Alimpaşa Məmmədovun və bələdiyyə sədrinin qanunsuz olaraq torpaq satdığını iddia edib.

Onun sözlərinə görə, icra başçısı kənd təsərrüfatı əhəmiyyətli torpaqları yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün satır. Həmin ərazidə tikinti işləri başlayandan sonra vəzifəli şəxslər razı salınmazsa, qanunsuz tikinti adı ilə tikililər sökülür.

"Örüş və əkin sahəsini evlərin tikilməsi üçün müxtəlif şəxslərə satırlar. İcra hakimiyyətinin və bələdiyyənin razılığı olamdan həmin ərazidə tikilən obyektlər sökülür. Əvvəla, məhkəmənin qərarı olmadan heç bir tikili sökülə bilməz. Amma qanunsuz tikili adı ilə onları razı salmayan şəxslərin tikililərini sökürlər. Bəs, sökdükləri ərazilərin yaxınlığında olan evləri niyə sökmürlər? Çünki o evlərin sahibləri ilə sövdələşmə baş tutub”,- deyə İbrahim İbrahimov bildirdi.

Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti üçün tikilən obyektlərin torpaq sahəsi bələdiyyə tərəfindən hərrac keçirərək satmalıdır, amma bu qaydaya əməl olunmur: "Torpaq satılarkən belə qaz xətlərinin mühafizə zolağı gözlənilmir. Torpaqlar satılır. Əkin və örüş torpaq sahələrinin satılması ət məhsullarının qiymətində artıma səbəb olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30