bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Rıjiy Tofiq" ləqəbi ilə tanınan silahlı şəxs saxlanılıb

3-01-2020, 15:07 151 dəfə baxılıb

"Rıjiy Tofiq" ləqəbi ilə tanınan silahlı şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsi əməkdaşları üzərində qanunsuz odlu silah və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.
Biximyol.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30