Bütün namizədləri debata çağırdı - Seçkilər tarixində ilk
56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 1-də Xudat şəhər mədəniyyət evində özünün təyin edilmiş görüş vaxtında həmin dairədən qeydə alınmış digər namizədləri debata çağırıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov barədə dairə seçki komissiyasına müraciət edib.
Eyni zamanda V.İsrafilov yanvarın 30-u saat 11.00-da Muxtadır qəsəbəsində, 12.30-da Seyidli kəndində, 14.00-da Xuray kəndində, 15.30-da Nabran kəndində, 16.30-da Tel kəndində görüş təyin edib. Bütün kəndlərin və Xudat şəhərinin sakinlərini fevralın 1-i saat 12.00-da Xudat şəhər Mədəniyyət evində təyin edilmiş görüşə dəvət edib.
Tanınmış vəkil yanvarın 27-də Xaçmaz rayonunda bir sıra görüşlər keçirib. Xaçmaz rayonu, Bostançı, Nağıoba, Dədəli, Məçidoba, Uzunoba, Ağaverdioba, Balaqusar, Hacıməmmədoba, Qoçaqlı kəndlərində Vasif İsrafilovu kənd sakinləri seçkilərlə bağlı nikbin əhval ruhiyyədə qarşılayıb, hamılıqla V.İsrafilovu dəstəklədiklərini bildiriblər.
Bostançı kəndində olarkən kənd sakinləri ümumiyyətlə yollarının olmamasını, içməli su sistemlərinin olmamasını, kənddə Baxçanın olmamasını, Tibb məntəqəsinin, həkimin olmamasını, otlaq sahələrinin olmamasını, kənd cavanlarının işsizlik probleminin olmasını Vasif İsrafilovun nəzərinə çatdırıblar.
Nağıoba kəndində olarkən kənd sakinləri suvarma sistemində problemlərin olmasını, içməli su sisteminin olmamasını, işıq sistemində problemlərin (transfarmatorun köhnə) olmasını, otlaq sahələrinin olmamasını qeyd etdiblər. Eyni zamanda Palıdlı kəndində yeni tikilmiş məktəbə Daşaltı əməliyyatında şəhid olmuş kənd sakini Adil Niftəliyevin adının verilməsi barədə təşəbbüslərini müvafiq orqanlara göndərdiklərini bildiriblər.
Dədəli kəndində olarkən kənd əhalisi otlaq yerlərinin olmamasını, suvarma və içməli su problemlərinin olmasını, seçki məntəqəsinin üzvlərindən narazı olmalarını, yəni eyni şəxslərin 1992-ci ildən üzv olaraq qaldıqlarını qeyd ediblər. Kənd sakini şəhid Natiq Yusifovun qardaşı Kamil Yusifov bildirib ki, şəhid qardaşına görə təyin edilmiş kompensassiyanı ala bilmir, süni maneələr yaradırlar.
Məçidoba və Uzunoba kəndlərində olarkən kənd sakinləri öz kəndlərndə və qonşu Şərifoba, Tikan oba, Xəzərli, Baraxum kəndlərində də yollarının olmamasını, tibb məntəqəsinin pis vəziyyətdə olmasını, işıq, suvarma sistemlərində problemlərin olmasını, içməli su sisteminin olmamasını, otlaq yerlərinin olmamasını, kənddə təbii qazın olmamasını, eyni zamanda hazırki məntəqə üzvlərindən bütün seçkilər zamanı narazı olduqlarını (əsasən də son bələdiyyə seçkilərindən), həmin üzvlərin dəyişdirilməsinin məqsədə müvafiq olmasını qeyd ediblər.
Ağaverdioba və Balaqusar kəndlərində olarkən kəndin sakinləri yollarının olmamasını, suvarma sistemdə problemlərin olmamasını, 7 aydan artıq müddətdi əkin sahələrini suvara bilməmələrini bildiriblər.
Hacıməmmədoba kəndində olarkən kənd sakinləri məktəbin vəziyyətinin pis olmasını, tibb məntəqələrinin olmamasını, içməli su sistemində problem olmasını, yeni artezyan quyusunun azılmasına ehtiyacın olmasını, kənd yolunun əsaslı təmirə ehtiyacının olmasını qeyd ediblər. Qoçaqlı kəndində olarkən kənd əhalisi suvarma problemlərinin olmasını, kənd yolunun əsaslı təmirə ehtiyacının olmasını bildiriblər.
Vasif İsrafilov cənab prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb. Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini deyib.