bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO

31-01-2020, 16:26 119 dəfə baxılıb

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO
BAKU.TV-nin qaynar xəttinə maraqlı bir video göndərilib.

BAKU.WS xəbər verir ki, təcili tibbi yardım sürücüsünün həkimi gözləyərkən özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyir. Özünə lazım olan nələrisə zibildən götürür.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.

Videoda sürücünün üzünə bağlamağımızda məqsədimiz var. Çünki, görüntülər yayıldıqdan sonra rəsmi qurumlar çıxış yolu kimi ən yaxşı halda sürücünü işdən kənarlaşdıracaq.

Biz məsələnin daha dərin olduğunu və məsələnin fərdi olmadığını hesab edərək bu addımı atmışıq. Aydın məsələdir ki, sürücü bu addımı məcburiyyətdən atır. O, maddi imkansızlıqdan zibildən mədət umur.

Ümid edirik ki, aidiyyəti qurumlar problemi daha dərindən həll etmək üçün çalışacaq. Çünki heç birimiz təcili tibbi yardım maşınlarında belə bir halla rastlaşmaq istəmirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30