bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL

25-02-2020, 11:23 118 dəfə baxılıb

Bu nazirlikdə işçilər kütləvi ixtisar olunur? - Nazir müavini aydınlıq gətirdi - ÖZƏL
“Bütün rayonlarda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Oxu.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, DOST konsepsiyasının əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, mərkəzlər “ön” ofis rolunu oynayacaq:

“Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ünsiyyəti bu mərkəzlər vasitəsilə olacaq. Amma bizim qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyət göstərir.

Bu qurumların xidmətlərini DOST-da cəmləşdirmişik. Bu qurumların yerli bölmələrinin regional prinsiplər arasında fəaliyyət göstərməsini planlaşdırmışıq. Bu, həm də nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında imzaladığı fərmanda öz əksini tapıb.

Planımız belədir ki, bütün rayonlarda DOST mərkəzləri olacaq və nazirliyin tabeliyində olan dövlət xidmətlərinin yerli qurumları regional prinsiplər əsasında çalışacaqlar”.

“Ölkədə iqtisadi regionların sayı 10-dur. Növbəti mərhələlərdə biz regional bölmələrimizin sayını da 10-a çatdıracağıq. Biz DOST mərkəzlərini komplektləşdirəndə ilk növbədə yerli qurumların kadr potensialından istifadə edirik.

Orada olan mütəxəssisləri DOST-a cəlb edirik. Yerdə qalanlar isə - bölmələr “arxa” ofis kimi birləşəndə, həmin işçilər də o idarədə çalışacaqlar. Burada ixtisardan söhbət gedə bilməz”, - deyə A.Əliyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST mərkəzi yarandıqdan sonra rayonlar üzrə fəaliyyət göstərən şöbələrin, bölmələrin birləşdirilməsi, işçilərin ixtisar olunması barədə məlumatlar yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30