bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azad Rəhimov koronavirusdan danışdı

27-02-2020, 21:42 126 dəfə baxılıb

Azad Rəhimov koronavirusdan danışdı
Gənclər və İdman naziri Azad Rəhimov koronovirusla bağlı Azərbaycan idmançılarının xarici ölkələrdə yarışlarda iştiraklarına məhdudiyyət qoyulması barədə məlumatlara aydınlıq gətirib.

Bizimlider.com Oxu.Az -a istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq:

"Hansı ölkələrdə təhlükə görürüksə, federasiyalarla birlikdə qərar qəbul edirik. Bu gün ölkələr özləri bu məhdudiyyəti qoyurlar. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub.

Çalışırıq ki, bu gün mövcud olan vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Bildiyiniz kimi, beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas vəziyyət ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930